Menyu

Smartfon batareyasının ömrünü uzatmağın yolları

Ayşən Sadıxzadə
Smartfon batareyasının ömrünü uzatmağın yolları

Smartfon batareyasının ömrünü uzatmaq üçün ən vacib məsələ onu smartfona ziyan olacaq davranışlardan uzaq durmaqdır. Çünki müasir telefonlarda istifadə olunan litium-ion batareyalar hər nə qədər güclü olsa da, istifadə tərzinə çox həssasdır. Ən böyük səhvlərdən biri telefon şarjını tez-tez 0%-ə qədər azaltmaqdır. İnsanlar düşünür ki, batareya tam bitəndən sonra şarja qoymaq daha yaxşıdır, amma müasir telefonlarda bu artıq doğru deyil. 

Bu sözləri Operativ Media-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib. 

O bildirib ki, batareyanı mümkün qədər 20%-dən aşağı salmamaq və 80–90% civarında saxlamaq onun ömrünü daha yaxşı qoruyur:

“Digər vacib məqam temperaturdur. Batareyanın ən böyük düşməni istidir. Telefonu günəş altında saxlamaq, şarj zamanı oyun oynamaq və ya qalın telefon örtüklə uzun müddət şarj etmək batareyanı daha tez köhnəldir. İnsanlar çox vaxt bunu hiss etmir amma telefonun qızması batareyanın ömrünə ciddi təsir edir. İstifadəçilər çox vaxt gecə boyu telefonu şarja qoşulu qoyurlar. 

Ümumilikdə müasir cihazlarda təhlükəsizlik sistemləri var və telefon 100%-dən sonra enerji qəbulunu azaldır. Amma yenə də batareyanı uzun müddət tam dolu vəziyyətdə saxlamaq tövsiyyə olunmur. Bir başqa vacib məsələ keyfiyyətsiz adapter və kabellərdir. Ucuz və keyfiyyətsiz şarj cihazları həm batareyanın ömrünü azalda, həm də təhlükəsizlik riski yarada bilər. İnsanlar çox vaxt buna fikir vermir ancaq ki düzgün adapter seçimi vacibdir”.

Əlaqəli Xəbərlər