Menyu

Qırğızıstan xarici media üçün qaydalarını yeniləyib

Şəfa Hüseynli
Qırğızıstan xarici media üçün qaydalarını yeniləyib

Qırğızıstan Nazirlər Kabineti ölkədə xarici KİV-lərin nümayəndəliklərinin açılması və onların jurnalistlərinin akkreditasiyası üçün yeni proseduru təsdiqləyib.

Operativ Media xəbər verir ki, sənəd "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun çərçivəsində qəbul edilib.

Qərara əsasən, Qırğızıstanda xarici KİV-lərin nümayəndəliklərinin açılması qaydası və xarici müxbirlərin akkreditasiyası qaydaları haqqında ayrıca müddəalar təsdiq edilib.

Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətləri də genişləndirilib. Bildirilib ki, artıq ölkədə xarici KİV-lərin açılması üçün rəsmi icazələr verəcək. Əvvəllər bu funksiyalar Ədliyyə Nazirliyinin səlahiyyətində idi.

Eyni zamanda, Nazirlər Kabineti xarici jurnalistlərin akkreditasiyasını tənzimləyən əvvəlki 2000 və 2017-ci il hökumət qərarlarının artıq qüvvədən düşdüyünü elan edib.

Yeni qaydalar on gün ərzində qüvvəyə minəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər