Menyu

Rusiyada məktəbdə atışma törədən şəxsə qarşı cinayət işi açılıb - YENİLƏNİB

Şəfa Hüseynli
Rusiyada məktəbdə atışma törədən şəxsə qarşı cinayət işi açılıb - YENİLƏNİB

Kubanda məktəbdə atışma törədən şəxsə qarşı cinayət işi açılıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Krasnodar diyarında məktəbdə atəş açan 16 yaşlı yeniyetməyə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.



***
13:37

Kubanda Krasnodar diyarının Qulkeviçski rayonundakı məktəbə doqquzuncu sinif şagirdi pnevmatik silah gətirərək atəş açıb.

Operativ Media xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev "Telegram"da məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində iki şagird yaralanıb.

Məlumata görə, onların vəziyyəti qənaətbəxşdir.

Əlaqəli Xəbərlər