Menyu

Tailand immiqrasiya nəzarətini sərtləşdirir

Şəfa Hüseynli
Tailand immiqrasiya nəzarətini sərtləşdirir

Tailand hakimiyyəti ölkəyə gələn əcnəbilər üçün sərhəddə immiqrasiya nəzarətini sərtləşdirəcək və turistlərin vizasız qalma müddətini 30 günlə məhdudlaşdıracaq.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Baş nazirin müavini və xarici işlər naziri Sihasak Phuangketkaev bildirib.

Onun sözlərinə görə, krallıq hakimiyyəti bir neçə aydır ki, viza siyasəti məsələlərini araşdırır.

"Xarici İşlər Nazirliyi hesab edir ki, mövcud 60 günlük vizasız qalma müddəti, bir dəfə 30 günlük uzadılma imkanı ilə, həddindən artıqdır və turizm niyyəti olmayan şəxslərin bu fürsətdən sui-istifadə etməsinə imkan verə bilər. Biz milliyyətinə görə ayrı-seçkilik etmirik. Lakin, xüsusən də təhlükəsizlik məsələləri ilə bağlı arzuolunmaz fəaliyyətlə məşğul olanlara qarşı sərt olmalıyıq", - deyə o bildirib.


Əlaqəli Xəbərlər