Menyu

Pentaqon İrana qarşı hərbi əməliyyatların xərclərini açıqlayıb

Operativ Media
Pentaqon İrana qarşı hərbi əməliyyatların xərclərini açıqlayıb

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi dəyəri artıq 29 milyard dollara yaxınlaşır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ hərb nazirinin maliyyə məsələləri üzrə müavini vəzifələrini icra edən Culs Herst məlumat verib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə çıxış edən Herst bildirib ki, hazırda real xərclər 29 milyard dollara yaxındır.

C.Herstin sözlərinə görə, bu məbləğə hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin regiondakı şəxsi heyətin saxlanılması ilə bağlı əməliyyat xərcləri də daxildir.

Əlaqəli Xəbərlər