Menyu

İsrailin Livana hücumları nəticəsində 13 nəfər ölüb

Operativ Media
İsrailin Livana hücumları nəticəsində 13 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində Livanın cənubunda 13 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində “Hizbullah”ın dayaq məntəqələrinin yerləşdiyi yaşayış məntəqələrinə bir neçə hava zərbəsi endirilib.

Qeyd edilir ki, “Hizbullah” ilə əlaqəli bölgələrdə hücumlar intensiv xarakter alıb.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, atəşkəs razılaşmasının aprelin 17-dən qüvvəyə minməsindən sonra ölənlərin ümumi sayı 552-yə, yaralananların sayı isə 1149-a çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər