Menyu

Avroviziya 2026 mahnı müsabiqəsində yarımfinala hansı ölkələr vəsiqə qazanıb?

Şəfa Hüseynli
Avroviziya 2026 mahnı müsabiqəsində yarımfinala hansı ölkələr vəsiqə qazanıb?

Avstriyanın paytaxtında "Eurovision 2026" mahnı müsabiqəsinin yarımfinalı keçirilib və finala on ölkə vəsiqə qazanıb. 

Operativ Media xəbər verir ki, müsabiqədə on beş ölkə iştirak edib: Belçika, Yunanıstan, Gürcüstan, İsrail, Litva, Moldova, Polşa, Portuqaliya, San Marino, Serbiya, Finlandiya, Xorvatiya, Monteneqro, İsveç və Estoniya. 

Bunlardan aşağıdakılar finala vəsiqə qazanıb: 

Belçika;

Yunanıstan;

İsrail;

Litva;

Moldova; 

Polşa;

Serbiya;

Finlandiya; 

Xorvatiya;

İsveç. 

Finalçılar ictimai səsvermə və münsiflər heyətinin qiymətləndirmələri əsasında seçiliblər.

Qeyd edək ki, ikinci yarımfinalda Avstraliya, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Danimarka, Kipr, Latviya, Lüksemburq, Malta, Norveç, Rumıniya, Ukrayna, Çexiya və İsveçrə iştirak edəcək. 



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər