Menyu

Londonda erməni və azərbaycanlı ekspertlər arasında görüş olub

Operativ Media
Londonda erməni və azərbaycanlı ekspertlər arasında görüş olub

Londonda erməni və azərbaycanlı ekspertlər arasında görüş olub.

Operativ Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş zamanı ekspertlər iki ölkə arasındakı sülh prosesi ilə bağlı danışıqlar aparıblar.

Ermənistan Analitik Şurasının sədri və "Sülh körpüsü" təşəbbüsünün koordinatoru Areg Koçinyan bildirib ki, onilliklər boyu davam edən münaqişədən sonra davamlı sülh təkcə siyasi danışıqlardan deyil, həm də cəmiyyətlər arasındakı etibardan asılıdır.

O əlavə edib ki, Ermənistan və Azərbaycan arasındakı sülh prosesinin hazırkı mərhələsi yeni imkanlar yaradır. Koçinyan barışıq səylərinə ictimaiyyətin cəlb olunmasının vacibliyini xüsusi vurğulayıb.

Əlaqəli Xəbərlər