Menyu

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub

Operativ Media
Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub

Rusiyanın Ukraynanın Rovno vilayətinə aviazərbələri nəticəsində yaşayış binasına mərmi düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Rovno Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Koval “Telegram”da məlumat yayıb.

İlkin məlumata görə, üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

O bildirib ki, hava həyəcanı davam edir və sakinləri təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Qeyd edək ki, Rusiya mayın 13-də Ukraynanın kritik obyektlərinə qarşı kombinə edilmiş uzunmüddətli hava hücumuna başlayıb.

Müdafiə nazirinin müşaviri Sergey Fleş Beskrestnovun məlumatına görə, Rusiya qüvvələri “Şahed” tipli kamikadze dronlarla növbəti hücumlar zamanı yeni taktikadan istifadə etməyə başlayıb. Belə ki, pilotsuz uçuş aparatları Belarus sərhədi boyunca bir-birinin ardınca, 5-10 kilometr məsafə ilə hərəkət edir.

Əlaqəli Xəbərlər