Rusiya səfiri Macarıstan XİN-ə çağırılıb
Operativ Media
Rusiyanın Budapeştdəki səfiri ölkəsinin Silahlı Qüvvələrinin Ukraynanın qərbinə zərbəsindən sonra Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.
"Macarıstan hökuməti Zakarpatiyadakı pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb", - o deyib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hava hücumu təşkil etdiyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net