Menyu

Si Cinpin: Çin ABŞ ilə münasibətlərdə düzgün kurs seçməyə ümid edir

Operativ Media
Si Cinpin: Çin ABŞ ilə münasibətlərdə düzgün kurs seçməyə ümid edir

Çin və ABŞ tərəfdaşlıq münasibətləri qurmalı, bütün dünyanın maraqları naminə ikitərəfli əlaqələrin sabitliyini təmin etməlidir. 

Operativ Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə danışıqlar zamanı bildirib.

"Ölkələrimizə və bütün dünyaya aid mühüm məsələlər ətrafında prezident Tramp ilə fikir mübadiləsi aparmağı, düzgün istiqaməti birlikdə müəyyənləşdirərək Çin-Amerika münasibətləri adlı böyük gəminin mahir sükançıları olmağımızı arzulayıram", – deyə ÇXR Sədri vurğulayıb. Onun sözlərinə görə, 2026-cı il iki dövlət arasındakı əlaqələrin inkişafında tarixi və həlledici bir il olmalıdır.

Əlaqəli Xəbərlər