Menyu

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib, altı azərbaycanlı ölüb

Operativ Media
Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib, altı azərbaycanlı ölüb

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndində ağır yol qəzası baş verib.

Operativ Media Gürcüstan mediasına istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan altı nəfərdən beşi ölüb. Biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olmayıb. 

Yerli medianın yaydığı məlumata əsasən, qəza zamanı xəsarət alan daha bir nəfər xəstəxanada ölüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırmaya başlayıb.

Əlaqəli Xəbərlər