Menyu

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir

Şəfa Hüseynli
Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Türkiyə qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətlərini təsdiqləyiblər.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında bildirib.

“Qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədimizi bir daha təsdiqlədik. Bu baxımdan, 15 apreldə Astanada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında qəbul edilmiş fəaliyyət planının həyata keçirilməsinin vacibliyini vurğuladıq. Şirkətlərimizi investisiya qoymağa təşviq etməyə davam edəcəyik. Biznes forumları kimi biznes ictimaiyyətini bir araya gətirən tədbirlərə xüsusi əhəmiyyət verirəm. Bu gün biz də belə bir forumun bağlanış mərasimində iştirak edəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.



Əlaqəli Xəbərlər