Menyu

Pakistan ŞƏT Təhlükəsizlik Şurası katiblərinin növbəti iclasına ev sahibliyi edəcək

Şəfa Hüseynli
Pakistan ŞƏT Təhlükəsizlik Şurası katiblərinin növbəti iclasına ev sahibliyi edəcək
1 dəq oxu

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin növbəti iclası 2027-ci ildə İslamabadda keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov bugünkü iclasda bildirib.

Qeyd edək ki, ŞƏT üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 21-ci iclası Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilib.

Görüşdə regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Əlaqəli Xəbərlər