Menyu

Tramp: ABŞ uranı çıxarmaq üçün İranda ay yarım qalmalı idi

Operativ Media
Tramp: ABŞ uranı çıxarmaq üçün İranda ay yarım qalmalı idi

ABŞ 2025-ci ilin iyununda hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması üçün əməliyyat keçirmək imkanlarını nəzərdən keçirib, lakin bunun üçün Amerika qüvvələri həmin ölkənin ərazisində ay yarım qalmalı idi.

Operativ Media xəbər verir ki, bu haqda Donald Tramp  "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

"Biz bunu ilkin mərhələdə etmək barədə düşündük, lakin buna müəyyən vaxt — təxminən ay yarım lazım olacaqdı. Düşmən ərazisində qalmaq üçün bu, çox uzun müddətdir", — deyə o, qeyd edib.

Prezidentin sözlərinə görə, zənginləşdirilmiş uranın çıxarılması əməliyyatı zamanı qranit qatlarını yarıb keçmək lazım gələcəkdi. "Qranit çox sərtdir. Biz 2025-ci ilin iyunundakı zərbələr zamanı çox güclü bombalardan istifadə etmişdik", — deyə Tramp əlavə edib.

Əlaqəli Xəbərlər