Menyu

Estoniya Hörmüz boğazına qoşun göndərməyi nəzərdən keçirir

Operativ Media
Estoniya Hörmüz boğazına qoşun göndərməyi nəzərdən keçirir

Estoniya hökuməti Hörmüz boğazına hərbi heyət göndərilməsi imkanını nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında qərargah zabitləri, sualtı robot qrupları və minaaxtaran gəminin göndərilməsi yer alır.

Operativ Media xəbər verir ki, bu barədə "ERR" nəşri müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda variantların maliyyə dəyəri və müttəfiqlərin ehtiyacları qiymətləndirilir. Gəmi heyəti seçilərsə, missiyada 40-60 nəfərin iştirakı mümkün ola bilər.

Məlumata görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü olan missiyanın hərbi münaqişə başa çatdıqdan sonra rotasiya əsasında həyata keçirilməsi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər