Menyu

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfər edib - YENİLƏNİB

Operativ Media
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfər edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Operativ Media xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar.

***

10:17

Bu gün Qazaxıstanın Türküstan şəhərində TDT liderlərinin Sammiti keçiriləcək.

Operativ Media-nın məlumatına görə, Prezident İlham Əliyevin də tədbirdə iştirakı gözlənilir.

Fotogalereya

Əlaqəli Xəbərlər