Ərdoğan Özbəkistan prezidenti Mirziyoyev ilə görüşüb
Şəfa Hüseynli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Eyni zamanda, Prezident Ərdoğan görüş zamanı iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində əməkdaşlığın inkişafı üçün çalışacaqlarını bildirib.