Anaklaudia Rossbax Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
Operativ Media
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq üzrə gördüyü müstəsna işləri qeyd edib.
Operativ Media xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyimdən məmnun oldum. Biz Forumun yüksək səviyyədə təşkilini və WUF13-dən sonrakı əməkdaşlıq da daxil olmaqla möhkəm tərəfdaşlığımızı müzakirə etdik", - o yazıb.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.