Netanyahu Trampla telefon danışığı aparıb - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə “Axios” israilli rəsmiyə istinadən məlumat yayıb.
İsrailli rəsmi bildirib ki, Netanyahunun əsas məqsədlərindən biri Trampın Çinə son səfəri ilə bağlı məlumat almaq olub.
Həmçinin tərəflər söhbət zamanı İran məsələsini müzakirə ediblər.
“Bir çox ehtimal var. Hər ssenariyə hazırıq”, - deyə Netanyahu bildirib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Çinə səfərdən qayıdan ABŞ Prezidenti Donald Trampla gün ərzində İran məsələsini müzakirə edəcəyini açıqlamışdı.
19:47
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail hökumətinə yaxın mənbələr məlumat yayıb.
Bildirilib ki, tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki son vəziyyəti, regional təhlükəsizlik məsələlərini və İsrail-ABŞ münasibətlərini müzakirə ediblər