Çinin cənubunda baş verən zəlzələ iki nəfərin ölümünə səbəb olub - YENİLƏNİB
Çinin cənubundakı Quansi Çjuan Muxtar rayonunda baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində ən azı iki nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
***
06:41
Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Seysmik aktivliyin episentri Liuçjou şəhərinin Liunan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib.
Zəlzələ son beş ildə ərazidə baş verən ən güclü zəlzələ olub. Luçjounun əhalisi 4 milyondan çoxdur.
"Nanfang ribao" qəzeti bildirib ki, təbiət hadisəsindən sonra 7000-dən çox insan təxliyə edilib, üç nəfər itkin düşüb.
Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində ən azı 13 yaşayış binasına ciddi ziyan dəyib, dörd nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.