Türkiyədə Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək
Şəfa Hüseynli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə yeni həftənin ilk günündə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, əsas gündəm maddəsi İsrailin bölgədə gərginlik və münaqişə yaymaq cəhdləri və onlara qarşı atılacaq addımlar olacaq. Nazirlər Kabinetinin iclasında Yaxın Şərqdəki bütün inkişaflar və onların iqtisadiyyata təsiri müzakirə olunacaq.
Eyni zamanda, Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın liderliyi ilə Türkiyənin həyata keçirdiyi sülh diplomatiyası, "Terrorsuz Türkiyə" gündəliyi də müzakirə mövzusu olacaq.