Menyu

Türkiyə XİN rəhbəri Berlinə səfər edəcək

Şəfa Hüseynli
Türkiyə XİN rəhbəri Berlinə səfər edəcək
1 dəq oxu

Almaniya kansleri Fridrix Merts Berlin səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, Fidan mayın 18-də Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin üçüncü iclasına Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birlikdə ev sahibliyi edəcək. 

Mənbənin məlumatına görə, Fidan Berlinə səfəri zamanı Almaniya ilə müdafiə sektorunda əməkdaşlıq, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, Türkiyə ilə Aİ və Almaniyadakı türk icması arasında qarşılıqlı əlaqə məsələləri də daxil olmaqla geniş ikitərəfli mövzuları müzakirə etmək niyyətindədir.

Əlaqəli Xəbərlər