Menyu

İsrail ordusu beynəlxalq sularda Qlobal Donanmaya hücum edib

Şəfa Hüseynli
İsrail ordusu beynəlxalq sularda Qlobal Donanmaya hücum edib

İsrail ordusu Qəzzaya qarşı blokadanı qırmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanmanı ələ keçirmək üçün Aralıq dənizindəki beynəlxalq sularda hücuma keçib.

Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.

Bildirilib ki, Qlobal Sumud Donanmasının Böhran Bürosu Kipr sahillərindəki donanmadakı qayıqlar arasında iki döyüş gəmisinin görüldüyünü açıqlayıb.

Səlahiyyətlilər qanunsuz olaraq saxlanılan qayıqların arasında "Kaktüs", "Zio Faster", "Holy Blue", "Munki" və "Sadabad" gəmilərinin olduğunu qeyd ediblər.

İsrail mediasının məlumatına görə, donanmada iştirak edənlərdən 100 nəfər qanunsuz olaraq saxlanılıb.

Əlaqəli Xəbərlər