Menyu

Deputat: "WUF13-ün Azərbaycanda keçirilməsi regional liderliyimizi daha da möhkəmləndirəcək"

Ayşən Sadıxzadə
Deputat: "WUF13-ün Azərbaycanda keçirilməsi regional liderliyimizi daha da möhkəmləndirəcək"

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da güclənməsi baxımından mühüm hadisə hesab olunur.

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu forum yalnız şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə edildiyi platforma deyil, eyni zamanda dövlətlərin dayanıqlı inkişaf sahəsində təcrübə mübadiləsi apardığı qlobal əməkdaşlıq məkanıdır.

O bildirib ki, Azərbaycan son illərdə müasir şəhərsalma, “ağıllı şəhər” konsepsiyası, yaşıl enerji və infrastruktur layihələri sahəsində mühüm addımlar atıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa layihələri beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir. VUF-13 forumunun ölkəmizdə təşkili bu layihələrin dünya miqyasında təqdim olunmasına geniş imkan yaradacaq:

“Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət nümayəndələri, ekspertlər, investorlar və beynəlxalq təşkilatların rəhbərləri Azərbaycana səfər edəcəklər. Bu isə həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də ölkənin turizm potensialının tanıdılmasına müsbət təsir göstərəcək.

Bundan əlavə, tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin regional lider kimi mövqeyini daha da möhkəmləndirəcək. Forum urbanizasiya, ekoloji davamlılıq və innovativ şəhər idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə paylaşılmasına şərait yaradacaq.

WUF13 yalnız beynəlxalq tədbir deyil, həm də Azərbaycanın gələcək şəhər inkişafı strategiyasının dünyaya təqdimatı üçün mühüm platformadır”.


Əlaqəli Xəbərlər