Tramp sabah İrana planlaşdırdığı hücumları ləğv edib
ABŞ lideri Donald Tramp bəyan edib ki, tərəflər Vaşinqtonu qane edən saziş əldə etməsələr, Birləşmiş Ştatlar İrana qarşı zərbələri bərpa edəcək.
Operativ Media xəbər verir ki, o, bununla bağlı paylaşımı "Truth Social" şəbəkəsində edib.
ABŞ liderinin sözlərinə görə, o, hərbi nazir Pit Heqsetə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə və ölkənin silahlı qüvvələrinə İrana qarşı sabah üçün planlaşdırılan hücumu həyata keçirməmək barədə göstəriş verib, lakin eyni zamanda, ABŞ-ni qane edən saziş əldə olunmayacağı təqdirdə İrana dərhal tammiqyaslı hücuma hazır olmaq əmrini verib.
Tramp qeyd edib ki, ABŞ-nin mayın 19-na planlaşdırılan İrana qarşı zərbələrindən Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə imtina edib.