Pərviz Şahbazov WUF13 çərçivəsində Pakistanın federal naziri ilə görüşüb
Operativ Media
WUF13 çərçivəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı ikitərəfli enerji əməkdaşlığı gündəliyində yer alan məsələlər müzakirə olunub. Tərəflər həmçinin elektrikləşmə, enerji mənbələri və marşrutlarının diversifikasiyası, enerji bağlantıları və ekoloji təhlükəsizlik istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.