Menyu

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Operativ Media
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Bu gün Azərbaycan–Belarus münasibətlərinin mahiyyəti açıq şəkildə göstərir ki, əlaqələrimiz möhkəm təməl üzərində qurulub. Bu münasibətlər zamanın sınağından uğurla çıxıb.

Operativ Media xəbər verir ki, bu sözləri Mili Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

O bildirib ki, Belarus və Azərbaycanın qarşılıqlı maraqları heç vaxt şübhə doğurmayıb.

“Həqiqətən də, bu gün iki ölkə arasındakı münasibətlər səmimi dostluq, konstruktiv əməkdaşlıq, qarşılıqlı etimad və dəstək prinsipləri əsasında bütün istiqamətlər üzrə inkişaf edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, - deyə Milli Məclisin sədri qeyd edib.

Əlaqəli Xəbərlər