Menyu

ÜST: Təhlükəsiz və sağlam evlər həyatları xilas edir

Operativ Media
ÜST: Təhlükəsiz və sağlam evlər həyatları xilas edir

Sağlam mənzil daha davamlı cəmiyyətin təməlidir.

Operativ Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.

"​Mənzil sadəcə başımızın üstündə dam demək deyil. O, sağlamlığın fundamental müəyyənedici faktorudur. Təhlükəsiz və sağlam evlər həyatları xilas edir, xəstəliklərin qarşısını alır və ömür boyu rifahı dəstəkləyir. Mənzil, həmçinin münaqişələr və iqlimlə bağlı fəlakətlər səbəbindən didərgin düşmüş insanlar üçün də həyati əhəmiyyət kəsb edir; onlar üçün sabit sığınacaq qorunma, ləyaqət, bərpa və uzunmüddətli sağlamlıq üçün mütləqdir", - deyə Baş Direktor qeyd edib.

Bununla belə, onun sözlərinə görə, pis mənzil şəraiti bərabərsizliyi artırır: "Azgəlirli icmalar təhlükəsiz olmayan tikililər, sıxlıq, pis hava keyfiyyəti və enerji, su, isitmə, eləcə də təmiz yemək bişirmə imkanlarına məhdud çıxışla üzləşirlər. COVID-19 pandemiyası bu həssaslıqları üzə çıxardı, belə ki, həddindən artıq sıxlıq virusun ötürülməsini artırdı, iqtisadi şok isə milyonlarla insanı evsizliyə ve enerji yoxsulluğuna doğru sürüklədi. ​Sağlam və ləyaqətli ev daha davamlı bir cəmiyyətin təməlidir. Demək olar ki, 20 ildir ki, ÜST mənzil siyasəti və təcrübəsinə sağlamlıq və təhlükəsizliyi daxil etmək üçün BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə işləyir. Bu gün tərəfdaşlığımızı yeni bir Anlaşma Memorandumu ilə gücləndirdiyimizi elan etməkdən məmnunluq duyuram".

Əlaqəli Xəbərlər