WUF14 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək
Operativ Media
Dünya Şəhərsalma Forumunun (WUF) 14-cü sessiyası 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.
Operativ Media xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Mexiko Şəhər Hökumətinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Mariya del Rosio Lombrera Qonsales bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən forum yerli və regional hökumətlərin mənzil, iqlim və şəhərsalma ilə bağlı təcrübələrinin paylaşılması üçün mühüm platformadır.