İrakli Kobaxidze: Azərbaycanla yeni razılaşmalar sayəsində Gürcüstanda qaz tarifləri dəyişməyəcək
Operativ Media
Gürcüstanda qaz tarifləri Azərbaycanla əldə olunan yeni razılaşmalar sayəsində dəyişməyəcək.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, ölkə yalnız münasib qiymətlə deyil, həm də kifayət qədər qaz həcmi ilə təmin olunacaq.
“Bu məsələ bizim üçün prinsipial əhəmiyyət daşıyır. Biz uzunmüddətli təminat əldə etmişik və bu, mövcud tarifləri qoruyub saxlamağa imkan verəcək,” – deyə Baş nazir vurğulayıb.
İrakli Kobaxidze qeyd edib ki, Azərbaycanla qaz, elektrik enerjisi və neft tranziti üzrə imzalanan müqavilələrin detalları kommersiya sirri hesab olunur.
Bununla belə, o, əldə olunan şərtləri Gürcüstan tərəfi üçün ideal adlandırıb.