Menyu

Ərdoğan Ursula fon der Leyen ilə regional prosesləri müzakirə edib

Operativ Media
Ərdoğan Ursula fon der Leyen ilə regional prosesləri müzakirə edib

Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, görüş zamanı Türkiyə-Avropa İttifaqı münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə regionda davam edən münaqişələr fonunda atəşkəsin qorunması və sülhün təmin olunması istiqamətində səylərini davam etdirir.

O, həmçinin Hörmüz boğazının ən qısa zamanda açılmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri İsrailin regionda gərginliyin davam etməsini istədiyini və beynəlxalq hüququ pozan addımlar atdığını qeyd edib. Ərdoğan İsrailə qarşı beynəlxalq təzyiqlərin artırılmasının vacib olduğunu bildirib.

Telefon danışığında iqtisadi inteqrasiyanın gücləndirilməsi və gündəmdə olan məsələlərin həlli yolları da müzakirə olunub. Ərdoğan regionda yaşanan gərginliklərin Türkiyə ilə Avropa İttifaqı arasındakı strateji münasibətlərin əhəmiyyətini bir daha ortaya qoyduğunu deyib.

O, xüsusilə Avropanın təhlükəsizlik strategiyaları ilə bağlı təşəbbüslərində Türkiyənin iştirakının faydalı olacağını, Gömrük Birliyinin yenilənməsinin vacibliyini və bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəm daşıdığını vurğulayıb.

Əlaqəli Xəbərlər