Menyu

ABŞ Avropadakı briqada döyüş qruplarının sayını azaldıb

Operativ Media
ABŞ Avropadakı briqada döyüş qruplarının sayını azaldıb

Amerika Birləşmiş Ştatları Avropa ölkələrində yerləşən briqada döyüş qruplarının sayını dörddən üçə endirib.

Operativ Media xəbər verir ki, bu barədə mayın 20-də ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell “X” sosial şəbəkəsində bildirib.

“ABŞ Hərbi Nazirliyi Avropada yerləşdirilmiş briqada döyüş qruplarının ümumi sayını dörddən üçə qədər azaldıb. Bu, bizi Avropadakı briqada döyüş qruplarının 2021-ci ildəki sayına qaytarır”, – deyə Pentaqon rəsmisi bəyan edib. Onun sözlərinə görə, bu qərar “ABŞ-nin Avropadakı qüvvələrinin yerləşməsindəki hərtərəfli və çoxsəviyyəli təhlilin nəticələrinə əsasən” qəbul edilib. Parnell əlavə edib ki, Avropadakı Amerika qoşunlarının sayının azaldılması qərarı “ABŞ qüvvələrinin Polşaya köçürülməsində ləngiməyə səbəb olacaq”.

“Nazirlik bu və Avropadakı digər Amerika qoşunlarının son konfiqurasiyasını ABŞ-nin strateji və əməliyyat ehtiyaclarının, eləcə də müttəfiqlərimizin Avropanın müdafiəsinə öz töhfələrini vermək bacarıqlarının növbəti təhlili əsasında müəyyən edəcək”, – deyə Pentaqon rəsmisi qeyd edib.

O bildirib ki, hərbi nazir Pit Heqset çərşənbə axşamı Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə telefon danışığı aparıb və söhbət zamanı ABŞ-nin bu ölkədə “hərbi mövcudluğunu saxlamaq” hazırlığını vurğulayıb. Bununla belə, Parnell Polşanın “özünü müdafiə etmək bacarığını və hazırlığını nümayiş etdirdiyini” iddia edən versiyanı irəli sürüb. “ABŞ-nin digər NATO müttəfiqləri də ondan nümunə götürməlidirlər”, – deyə o bəyan edib.

Əlaqəli Xəbərlər