Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstanla avtomobil nəqliyyatı üçün icazələrin onlayn qeydiyyatına başlayıb
Şəfa Hüseynli
Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstanla beynəlxalq avtomobil daşımaları üçün icazə formalarının elektron mübadiləsinə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu proses elektron formata keçid kağız formaları aradan qaldıracaq və inzibati maneələri minimuma endirəcək.
Məlumata görə, elektron icazə almaq üçün nəqliyyat vasitəsi Qazaxıstan Respublikasında qeydiyyatdan keçməli və beynəlxalq avtomobil daşımaları üçün təsdiqlənməlidir.
"Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron mübadilənin başlanması sənayenin tam rəqəmsal transformasiyası istiqamətində atılan mühüm addımdır". - məlumatda vurğulanıb.
Eyni zamanda, verilən elektron icazələr haqqında bütün məlumatlar, o cümlədən daşıyıcı və nəqliyyat vasitəsi məlumatları (dövlət qeydiyyat nömrəsi) avtomatik olaraq Azərbaycan, Türkiyə və Qırğızıstanın informasiya sistemlərinə ötürüləcək.