WUF13 çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” mövzusunda sessiya keçirilib
Operativ Media
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” mövzusunda dialoq sessiyasında səmərəli məskunlaşma siyasəti, sosial və iqtisadi potensialın reallaşdırılması üçün dayanıqlı maliyyə sistemlərinin qurulması barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, dayanıqlı və innovativ əsaslarla mənzil infrastrukturunun formalaşdırılması, belə yaşayış məntəqələrinin iqtisadi sistemə inteqrasiyası həm sosial təminatın, həm də şəhər iqtisadiyyatının effektivliyini və dayanıqlılığını artıran strateji inkişaf prioritetidir.
"Mənzil siyasətini yalnız tikinti və təminat çərçivəsində deyil, eyni zamanda inklüziv iqtisadi inkişaf, sosial bərabərlik və maliyyə dayanıqlılığı prizmasından qiymətləndirdiyimizi diqqətə çatdırdıq", - nazir qeyd edib.