ÜST: "Ebola" qızdırmasından 139 nəfər ölüb
Şəfa Hüseynli
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasında (KDR) və Uqandada Ebola virusuna yoluxma ilə bağlı təxminən 600 şübhəli hal və xəstəliklə əlaqəli 139 şübhəli ölüm halı barədə məlumat yayıb.
Operativ Media xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Təsdiqlənmiş yoluxma hallarından əlavə, təxminən 600 şübhəli yoluxma və 139 ölüm halı qeydə alınıb. Virusun yayılmasından əvvəl nə qədər müddət ərzində yayıldığını nəzərə alsaq, bu rəqəmlərin artmağa davam edəcəyini gözləyirik", - deyə o, təşkilatın Cenevrədəki qərargahında keçirilən brifinqdə bildirib.
Qebreyesus qeyd edib ki, Konqo Demokratik Respublikasında hazırda 51 təsdiqlənmiş virus halı, Uqandada isə iki hal qeydə alınıb