Hakan Fidan İsveçə səfər edəcək
Şəfa Hüseynli
Türkiyə xarici işlər naziri Hakan Fidan 21-22 may tarixlərində İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO Xarici İşlər Nazirlərinin Görüşündə iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, NATO Xarici İşlər Nazirlərinin Görüşündə İran kontekstində baş verən hadisələr və Hörmüz boğazındakı vəziyyət, onların Avro-Atlantik təhlükəsizliyi və qlobal təhlükəsizlik mühitinə təsirləri, "Alyansın Cənuba yönəlmiş siyasəti" və Avro-Atlantik təhlükəsizliyindəki digər son inkişafların, xüsusən də Rusiya-Ukrayna müharibəsinin müzakirəsi gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net