Menyu

Aİ Ukraynaya 3,2 milyard avro yardım etməyə hazırlaşır

Şəfa Hüseynli
Aİ Ukraynaya 3,2 milyard avro yardım etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) Ukraynaya verilən dəstək krediti çərçivəsində 3,2 milyard avro məbləğində ilk ödənişin yolunu açacaq anlaşma memorandumunun imzalandığını elan edib.

Operativ Media xəbər verir ki, sənəd  Aİ-nin İqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis tərəfindən imzalanıb.

Bəyanatda qeyd olunur ki, anlaşma memorandumuna dəstəyin əsas şərtləri, o cümlədən kredit ödənişlərinin təxmini məbləği və makromaliyyə yardımı ödənişləri üçün yerinə yetirilməli olan şərtlər daxildir.

Bəyanatda kredit şərtlərinə Ukraynanın demokratiyaya sadiqliyi, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmət kimi tələblərin daxil olduğu və anlaşma memorandumunda Ukraynanın hər kredit ödənişindən əvvəl yerinə yetirməli olduğu siyasət şərtlərinin müəyyən edildiyi bildirilir.

Bəyanatda Ukraynaya ilk ödənişin şərtləri, o cümlədən rəqəmsal platformalar vasitəsilə əldə edilən gəlirin vergiyə cəlb edilməsi, dövlət investisiyaları üçün sektoral strategiyaların hazırlanması və digər addımlar qeyd olunub.

Əlaqəli Xəbərlər