Menyu

İsrail səfiri Fransa XİN-ə çağırılıb

Operativ Media
İsrail səfiri Fransa XİN-ə çağırılıb

İsrailin Fransadakı səfiri Coşua Zarka Sumud donanmasının fəallarının alçaldılması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

“İsrail milli təhlükəsizlik n Ben-Qvirin Sumud donanmasının iştirakçılarına qarşı davranışı, hətta İsrail hökumətindəki həmkarları tərəfindən belə pislənilib. Mənim əmrimlə İsrailin Fransadakı səfiri qəzəbimizi bildirmək və izahat tələb etmək üçün Xarici İşlər Nazirliyinə çağırıldı”, - deyə Fransa diplomatiyasının rəhbəri Telegram kanalında yazıb.

O əlavə edib ki, Parisin fəalların təşəbbüsünü rəsmi şəkildə rədd etməsinə baxmayaraq, Fransa hakimiyyəti yenə də həmvətənlərinin təhlükəsizliyinə diqqət yetirir: "Onlara hörmətlə yanaşmaq və mümkün qədər tez azad etmək lazımdır".

Daha əvvəl Ben-Gvir fəalların X gəmisinə gəlişinin videosunu yayımlamışdı. Görüntülərdə İsrail təhlükəsizlik qüvvələrinin onlara alçaldıcı rəftar etdiyi görünür. İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik nazirini videonu yayımladığına görə tənqid edib.

Əlaqəli Xəbərlər