Tramp İranla danışıqların yekun mərhələdə olduğunu bildirib
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hərbi münaqişənin başa çatdırılması ilə bağlı aparılan danışıqların yekun mərhələyə çatdığını hesab etdiyini bildirib.
Operativ Media xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə danışıb.
“İran məsələsində artıq son mərhələdəyik. Görək nə baş verəcək. Ya razılıq əldə edəcəyik, ya da xoşagəlməz addımlar atacağıq. Ümid edirəm ki, sonuncu baş verməz”, - deyə Tramp vurğulayıb.