Menyu

Çin və ABŞ narkotik ticarətinə qarşı birgə mexanizm yaradıb

Operativ Media
Çin və ABŞ narkotik ticarətinə qarşı birgə mexanizm yaradıb

Çin və ABŞ-nin hüquq-mühafizə orqanları beynəlxalq narkotik ticarəti kanallarının ləğv edilməsi üzrə birgə, səmərəli fəaliyyət göstərən mexanizm formalaşdırıblar.

Operativ Media xəbər verir ki, bu barədə ÇXR İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Nazirliyin "WeChat" sosial şəbəkəsindəki səhifəsində dəqiqləşdirildiyi kimi, iki ölkənin antinarkotik tənzimləyiciləri 2024-cü ildən etibarən yeni psixotrop maddələrin transmilli ticarəti ilə bağlı işləri birgə araşdırırlar. Xüsusilə fevral ayında, mərkəzi tabeçilikdə olan Tyantszin şəhərinin (Mərkəzi Çin) polisi ABŞ tərəfinin təqdim etdiyi məlumatlar əsasında hərəkət edərək, narkotik satışında şübhəli bilinən şəxsi saxlayıb və qadağan olunmuş preparatların tədarük kanalını aşkarlayıb.

"Bu işin uğurla açılması təkcə Çin və ABŞ arasında narkotiklərlə mübarizə sahəsində əməkdaşlıq mexanizminin səmərəli fəaliyyətini nümayiş etdirmədi, həm də iki ölkənin transmilli cinayətkarlığa qarşı birgə mübarizəsinin praktiki nəticəsi oldu", - deyə nazirlik bəyan edib.

Qeyd olunduğu kimi, Pekin və Vaşinqton narkotik ticarəti ilə mübarizədə qətiyyətli mövqe nümayiş etdirir və bu növ cinayətlərə qarşı maksimum dözümsüzlük nümayiş etdirirlər.

Əlaqəli Xəbərlər