Menyu

Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib

Operativ Media
Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Əlaqəli Xəbərlər