Menyu

CAR Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Operativ Media
CAR Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

Operativ Media-nın məlumatına görə, təbrikdə deyilir:

"Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər