Menyu

ABŞ Tayvana 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırdı

Operativ Media
ABŞ Tayvana 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırdı

ABŞ administrasiyası İrana qarşı əməliyyatlar səbəbindən Tayvana nəzərdə tutulan təxminən 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırıb.

Operativ Media xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hanq Kao Senatın Təxsisatlar Komitəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton “Epik qəzəb” əməliyyatı üçün kifayət qədər silah ehtiyatının olduğuna əmin olmaq məqsədilə bəzi tədarükləri dayandırıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tayvanın Baş naziri Lay Çinde ilə silah tədarükünü müzakirə etmək üçün telefon danışığı planlaşdırdığını açıqlamışdı. Tramp, həmçinin Çin Sədri Si Cinpinlə Tayvana mümkün silah satışını müzakirə etdiyini, lakin yekun qərarın hələ verilmədiyini bildirmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər