Menyu

İran Silahlı Qüvvələri: Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyi təmin edilir

Operativ Media
İran Silahlı Qüvvələri: Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyi təmin edilir

Son 24 saat ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində Hörmüz boğazından azı 35 ticarət gəmisi keçib.

Operativ Media xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb. “Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında neft tankerləri, konteyner gəmiləri də daxil olmaqla 35 gəmi Hörmüz boğazından keçib”, - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, İran Silahlı Qüvvələri Körfəzdəki gərginliyə baxmayaraq, gəmiçilik və qlobal ticarət üçün təhlükəsiz dəniz yolu yaradıb.

Əlaqəli Xəbərlər