Mariam Kvrivişvili Türkiyə, Azərbaycan və Bolqarıstan nümayəndələri ilə regional layihələri müzakirə edib
Şəfa Hüseynli
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili İstanbula səfəri çərçivəsində Türkiyə, Azərbaycan və Bolqarıstan nümayəndələri ilə dördtərəfli görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər regional əhəmiyyətli layihələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə Türkiyə Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın Energetika nazirinin müavini Kirill Temelkov iştirak ediblər.
Mariam Kvrivişvili Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlər Konfransı çərçivəsində Bakıda Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıb.