Menyu

Əfqanıstanda son iki gündə daşqınlar nəticəsində 24 nəfər həlak olub

Şəfa Hüseynli
Əfqanıstanda son iki gündə daşqınlar nəticəsində 24 nəfər həlak olub

Son 48 saat ərzində Əfqanıstanda şiddətli yağışlar və daşqınlar nəticəsində ən azı 24 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Təcili Yardım Agentliyi məlumat yayıb.

Bildirilib ki, daşqınlar nəticəsində şimali Bağlan əyalətində 15, şimal-şərqi Bədəxşan əyalətində iki və mərkəzi Vərdək əyalətində bir nəfər həlak olub.

Bədəxşandakı yerli rəsmi bildirib ki, əyalətdə iki nəfər ölüb, iki nəfər itkin düşüb. 100-dən çox yaşayış binası da tamamilə dağılıb.

Əlaqəli Xəbərlər