Qətər nümayəndə heyəti müharibəyə son qoymaq və gərginliyi azaltmaq səylərinin bir hissəsi olaraq bu gün xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Qətərdən gələn nümayəndə heyəti nazir Abbas Əraqçi ilə görüşüb. Bu günlərdə region daxilində və xaricində bir çox ölkə müharibənin bitməsinə və gərginliyin artmasının qarşısını almağa kömək etməyə çalışır”, - Bəqayi qeyd edib.