Menyu

Gela Geladze Azərbaycan səfiri ilə görüşüb

Şəfa Hüseynli
Gela Geladze Azərbaycan səfiri ilə görüşüb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.

Söhbət zamanı regiondakı çətinliklər və təhlükəsizlik məsələlərinə toxunulub. Gela Geladze iki ölkənin təhlükəsizlik xidmətləri arasında güclü əməkdaşlığın vacibliyini vurğulayıb və tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.


Əlaqəli Xəbərlər