Menyu

Marko Rubio Hindistana səfər edib

Şəfa Hüseynli
Marko Rubio Hindistana səfər edib

ABŞ dövlət katibi Marko Rubio Hindistana səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Rubionun səfərinin əsas məqsədi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər nəticəsində Hindistanla tərəfdaşlıq münasibətlərini bərpa etməkdir.

Bildirilib ki, Rubio daha sonra Hindistanın Baş naziri Narendra Modi tərəfindən qəbul ediləcək, bundan sonra o, ABŞ səfirliyi tərəfindən təşkil edilən tədbirlərdə iştirak edəcək.

ABŞ Dövlət Departamenti daha əvvəl Rubionun Hindistanda ticarət, enerji və hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəyini açıqlamışdı. Dörd günlük səfər çərçivəsində Rubio Aqra və Caypur şəhərlərinə səfər edəcək.

Əlaqəli Xəbərlər